Messi: "Stok, gözüm üstündə"

Ötən mövsüm "Gənclərbirliyi"nə vurduğu qolla FİFA tərəfindən "ilin ən yaxşı qolu" mükafatını qazanan "Fənərbağça"nın hücumçusu Miroslav Stok ikinci böyük "hədiyyəsi"ni dünyanın "ən yaxşısı" Lionel Messidən alıb.
Qol.Az-ın məlumatına görə, Messi həmin mərasimdə Stokla yaxından tanış olub və onu təbrik edib.
"2012-ci ildə 91 qol vurdum. Amma etiraf etməliyəm ki, heç biri səninki qədər gözəl deyildi. Sən böyük futbolçusan. Artıq səni daha yaxından təqib edəcəyəm", - deyə o qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31