Andrey Şevçenko: "Ronaldo ilə Messi böyük futbolçulardır"

Ukrayna yığmasınının keçmiş futbolçusu Andrey Şevçenko Lionel Messinin 4-cü dəfə "Qızıl top" almasından danışıb. Milli.Az-ın məlumatına görə, Sports Goal.com-a istinadən futbolçunun müsahibəsini təqdim edib: "Mən fikirləşirəm ki, bütün namizədlərin hamısı əla idi, amma 2012-ci ildə Lionel Messinin xüsusi parlaqlığı var idi. İl ərzində 91 qol vurmaq, bu inanılmazdır. 
Messi və Kriştiano Ronaldo böyük futbolçulardır, amma Messi daha mükəmməl futbolçudur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31