Futbol klubu oyunçunu telefonundan məhrum edib
8 Yanvar 2013 18:44 İdmanİngiltərənin "Bolton" futbol klubu oyunçusu Marvin Sordellanın telefondan istifadəsinə qadağa qoyub. Komandanın baş məşqçisi Duqi Fridmen Sordellanın son zamanlar "Twitter"dən asılı vəziyyətə düşdüyünə görə onun telefondan istifadəsinə qadağa qoymaq qərarına gəlib.
Bu barədə Britaniyanın "The Daily Mirror" nəşri yazıb. "ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, Fridmenin sözlərinə görə, "Twitter"dən asılı vəziyyətə düşməsi 21 yaşlı Sordellanın oyununda problem yaradıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31