İnyesta: "Messi 5-ci dəfə də "Qızıl top"u qazanacaq"

Milli.Az Sports-a istinadən xəbər verir ki, "Barselona" klubunun yarımmüdafiəçisi Andres İnyesta klub yoldaşı Lionel Messini "Qızıl top"u almasına görə təbrik edib:
"Bir komandadan bu qədər ən yaxşı olmağa namizəd futbolçu varsa, bu o deməkdir ki, biz hər şeyi düz edirik. Əgər Leo bu çür davam etsə, fikirləşirəm ki, "Qızıl top"u 5-ci dəfə də qazanacaq.
Messini təbrik edirəm, o, unikal bir uğur qazanıb. Fikirləşmirəm ki, hansısa futbolçuya çox uğur qazandığına görə mükafat verməmək düzgündür. Bu mükafat meydandakı uğurlara görə verilir. Mənə burada iştirak etmək çox xoş idi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31