Braziliyalı futbolçu sosial şəbəkələrdə iş axtarır
Müdafiəçi öz "Twitter" səhifəsində elan da verib
28 Dekabr 2012 19:35 İdmanAzad agent statusu almış braziliyalı futbolçu Rui Breno Neto özünə sosial şəbəkələrdə klub axtarır. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 34 yaşlı futbolçu hətta bununla bağlı öz "Twitter" səhifəsində elan da verib.
"Danışıqlar üçün azadam" deyən Neto elan verərək öz telefon nömrəsini və elektron ünvanını da yazıb.
Qeyd edək ki, Neto bundan əvvəl Braziliyanın "Botafoqo" və "Fluminense" klublarında çıxış edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31