Əmrah Çəlikəl: "Bizim şərtlər yerinə yetirilməlidir"

Rauf Əliyev və Əfran İsmayılov Azərbaycan futbolu üçün dəyərli futbolçulardır. Əgər onlara, "Bakı" klubundan təklif varsa, buyursunlar, müraciət etsinlər. "Bakı" bizim üçün kənar komanda deyil. Onlarla bununla bağlı danışıqlara hazırıq". Siasport.az saytının məlumatına görə, bu sözləri Qol.az-a açıqlamasında "Qarabağ"ın direktoru Əmrah Çəlikəl "Bakı"nın vitse-prezidenti Zeynal Məmmədovun R.Əliyev və Ə.İsmayılovu qış transfer pəncərəsi zamanı heyətlərinə cəlb etmək istəmələri ilə bağlı münasibət bildirərkən deyib. O qeyd edib ki, təflif olarsa, bu məsələ ilk əvvəlcə komandanın baş məşqçisi Qurban Qurbanovla müzakirə olunacaq: "Əgər dəvət xaricdən gəlsəydi, vəziyyət başqa cür olardı. Təklif Azərbaycandan gələcəyi təqdirdə isə bizim şərtlər yerinə yetirilməlidir. Bundan başqa, biz bu məsələ haqda klubumuzun rəhbərliyi ilə də danışacağıq".
"Qarabağ" rəsmisi qeyd edib ki, futbolçuların özləri tərəfindən onlara bununla bağlı müraciət daxil olmayıb.
O həmçinin deyib ki, qış fasiləsində kimlərinsə komandadan göndəriləcəyi haqda qərar yoxdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31