"Neftçi" "Arsenal"ın da almaq istədiyi futbolçu ilə maraqlanır

Duşan Veskovaç karyerasını Azərbaycanda davam etdirə bilər

Azərbaycan çempionu "Neftçi" İsveçrənin "Young Boys" klubunun futbolçusu ilə maraqlanır. Azerisport.az xəbər verir ki, söhbət komandanın serbiyalı müdafiəçisi Duşan Veskovaçdan gedir. Sözügedən futbolçu İsveçrə klubundan getməyə hazırlaşır. Bu üzdən də onun xidmətində maraqlı olan klubların sayı getdikcə artır. Hələlik isə, onunla daha çox Kiyev "Arsenal"ının və "Neftçi"nin maraqlandığı bildirilir. Qeyd edək ki, Veskovaç zədə səbəbindən bu mövsüm cəmi 8 oyunda meydana çıxıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31