Ronaldo "Real"dan bezib

Portuqaliyalı futbolçu klubla müqaviləsinin müddətini artırmaqdan imtina edib

Kriştiano Ronaldo daha "Real"da oynamayacaq. İspaniya Kütləvi İnformasiya Vasitələrinin yazdığına görə, Ronaldo 15 milyon avrodan imtina edərək klub rəhbərliyi ilə müqaviləsini uzatmaqdan vaz keçib.
"Ağ şimşəklər"in prezidenti Florentino Peres Portuqaliya yığmasının oyunçusuna mövsümün sonuna kimi müqaviləni uzatmağı təklif edib. Lakin Ronaldonun fikri qətidir. O, müqavilədə göstərilən müddət ərzində komandada oynamaq və sonra "Kral klubu"nu tərk etmək niyyətindədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31