Messiyə 250 milyonluq təklif gəldi

Ulduz futbolçunu heyətinə qatmaq istəyən Rusiya klubunun adı açıqlanmır

İspaniyanın "Barselona" klubunun argentinalı forvardı Lionel Messiyə yeni transfer təklifi gəlib. ANS PRES-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Rusiya klublarından biri onu 250 milyon avroya heyətinə qatmaq istəyib.  Futbolçuya üç illik və ildə 30 milyon avroluq müqavilə üstəlik bonus təklif edilib. O isə bu təklifdən imtina edb. Əfsanəvi futbolçunun hansı klubun almaq istədiyi açıqlanmır. Ona təklif "Barcelona" ilə müqaviləni uzadılacağı vaxtda edilib. Messi isə köhnə klubu ilə razılaşmasını 2018-ci ilə kimi uzatmağı seçib.
Messinin agenti olan atasının sözlərinə görə, futbolçu Rusiyaya gəlməkdən hava şərtləri, dil baryeri və tənhalıq hiss edəcəyinə görə, imtina edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31