Daniel Genov: "Bəxtimiz gətirmədi" MÜSAHİBƏ

"İnter"in hücuma meyilli yarımmüdafiəçisi Daniel Genov müsahibəsində "Neftçi" ilə keçirilən matç barədə danışıb, çempionatın ilk hissəsini dəyərləndirib və Yeni il bayramını harada keçirəcəyini açıqlayıb. Siasport.az saytı futbolçusunun müsahibəsini nəzərinizə çatdırır:

- Daniel, "Neftçi" ilə keçirilən oyun barədə nə deyə bilərsiniz?
- İlk qolu biz buraxdıq, lakin xarakterimizi göstərməyi bacardıq. İkinci hissədə "İnter"in əsil oynunu nümayiş etdirdik. Biz göstərdik ki, belə oynaya bilərik. Düşünürəm ki, ikinci hissədə meydançada yalnız bir komanda vardı - "İnter".

- Bununla yanaşı, komandaya qələbə qolunu vurmaq müyəssər olmadı. Bu oyunda qalib gəlmək üçün "İnter"ə nə mane oldu?

- Həmin gecə uğur bizdən üz döndərmişdi. Biz bir neçə yüzfaizlik qol vəziyyərlərindən yararlana bilmədik. Mən də yaxşı şansı əldən verdim.

- Siz sol cinahdan asmadan sonra fərqlənə bilərdiniz, lakin bunu etmək mümkün olmadı. Bu qol anından yararlanmağa nə mane oldu?

- Belə alındı. Mən həmin epizodu yaxşı xatırlayıram. Baş zərbəsilə asmanı qapadım, lakin təəssüf ki, yaxşı zərbə endirə bilmədim. Fərqlənməyi çox istəyirdim, lakin qismət olmadı.

- "Neftçi" bu mövsüm Avropa Liqasının qrup mərhələsinə düşməyi bacardı. Komandanızın heyətində rəqibdən çəkinmək kimi hansısa bir hiss vardımı? Yoxsa bu faktor, əksinə, "İnter"ə əlavə motivasiya verirdi?

- Yox, biz rəqibdən qorxmurduq. Bizim öz oyun tərzimiz var və bunu rəqiblərdən asılı olmayaraq nümayiş etdiririk. Qalib gələ bilərdik, ancaq əvvəl dediyim kimi, bizim bəxtimiz gətirmədi.

- Sizin fikrinizcə, itirilmiş xallarda "günahkar" yalnız bəxtsizlikdir?

- Bəxtsizlik və israfçılıq. Biz çoxsaylı vəziyyərləri yerinə yetirə bilmədik. Əgər "İnter" daha bir qol vursaydı, o zaman oyun prosesi başqa istiqamətdə inkişaf edə bilərdi.

- Komandanın əsas problemlərindən biri realizasiyadır. Necə düşünürsünüz, qol anlarından daha səviyyəli istifadə etməyinizə nə mane olur?

- Məşqlərdə realizasiyalar üzərində daha çox işləmək lazımdır. Bundan başqa, biz belə anlar üzərində məşqlərdən sonra da çalışmalıyıq. Düşünürəm ki, o zaman hər şey alınacaq. Burada soyuqqanlılıq da böyük rol oynayır və bir çox anlarda o, bizdə çatışmır.

- Hazırda Yeni il bayramı yaxınlaşır. Bayramı harada keçirməyi planlaşdırırsınız?

-Fürsətdən istifadə edərək Azərbaycan xalqını qarşıdan gələn bayramlar münasibətilə təbrik edirəm və hamıya uğurlar arzulayıram. Şəxsən mən Yeni ili Bolqarıstanda evimdə keçirməyi düşünürəm. Bayramı ailəmlə birlikdə qeyd etmək istəyirəm.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31