“Dənizlispor” Rail Məlikova 1 milyon avro qiymət qoydu

"FİFA meneceri Cengiz Kaan Kayıranla yaxınlarda müqavilə bağlamışam". Siasport.az saytının məlumatına görə, bunu apasport.az saytına açıqlamasında "Dənizlispor"un müdafiəçisi Rail Məlikov deyib.
"Dənizlispor" rəsmiləri futbolçumuzla Türkiyənin "Kasımpaşa" və "Qaziantepspor" klublarının maraqlandığını deyir. Ancaq futbolçunun transfer qiyməti kimi 1 milyon avro qoyulub. Bu da oyunçunun Superliqa klublarına keçidini əngəlləyir.
Railin şəxsi meneceri bundan sonra Kayıran olacaq və o, bu transfer məsələləri ilə məşğul olacaq: "Türkiyədə oynadığım müddətdə mənim menecerim bu işlərə rəhbərlik edəcək. Danışıqları bilavasitə o aparacaq. İnşallah, bu əməkdaşlıq öz xeyrini verər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31