Ukrayna yeni baş məşqçi seçdi

Milli.Az Rusiya mətbuatına istindən xəbər verir ki, Ukrayna milli komandasının baş məşqçisi Mixail Fomenko təyin olunub. Ukrayna Futbol Federasiyasının (UFF) İcraiyyə Komitəsi bu barədə qərarı qəbul edib. 64 yaşlı mütəxəssisin namizədliyini komitənin bütün üzvləri yekdilliklə dəstəkləyiblər. Fomenko səhhəti pisləşmiş Oleq Bloxini əvəz edib.
M.Fomenko məşqçi karyerasına 1980-ci illərdə başlayıb. O, 1993-cü ildə Kiyev "Dinamo"suna Ukrayna çempionluğu və kubokunu qazandırıb. Təcrübəli mütəxəssis son iş yeri Belqorod "Salyut"undan 2011-ci ildə ayrılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31