AFFA rəhbərliyi millimizlə görüş keçirdi

Bu gün AFFA-nın Futbol akademiyasında baş katib Elxan Məmmədov 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb. Azerisport.az xəbər verir ki, 2013-cü ilin yanvar ayında Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunacaq Valentin Qranatkinin xatirə turnirində iştirak edəcək yığmamızın üzvlərinə uğurlar arzulayan baş katib müvafiq tövsiyələrini verib.
Yığmanın baş məşqçisi Arif Əsədov komandaya yaradılmış şəraitə görə AFFA rəhbərliyinə minnətdarlığını bildirib, turnirdə uğurla çıxış etməyə çalışacaqlarını söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31