"Beşiktaş" PSJ klubunun yarımmüdafiəçisini alır
26 Dekabr 2012 18:49 İdmanMilli.Az soccernews-a istinadən xəbər verir ki, PSJ klubunun yarımmüdafiəçisi Nene "Beşiktaş" klubu ilə anlaşıb.
L'Equipe bildirir ki, yaxın müdətdə klublar hər şey bəradə razılığa gələcəklər. Braziliyalı yarımmüdafiəçinin PSJ klubu ilə hələ 6 ay müqaviləsi var.
Qeyd edək ki, Nene Fransa çempionatında cari mövsümdə 9 dəfə oynayıb və 1 dəfə qol vurub. 31 yaşlı futbolçu 2010-cu ildən PSJ klubunda çıxış edir, cəmi 75 oyuna çıxıb, 35 qol vurub. Əvvəllər bu klublarda oynayıb: "Paulista", "Palmeyras", "Santos", "Malyorka", "Alaves", "Selta", "Monako" və "Espanyol".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31