Uesli Snayder İngiltərə yolunda
26 Dekabr 2012 20:05 İdmanMilli.Az Livescore-yə istinadən xəbər verir ki, "İnter" Milan klubunun yarımmüdafiəçisi Uesli Snayder "Tottenhem" klubuna transfer olunmasına razılıq verdi.
ESPN bildirir ki, klublar arasında transfer məbləği haqqında danışıqlar aparılacaq. Gözlənilir ki, Snayder London klubuna 12 milyon funt sterlinqə keçə bilər.
Qeyd edək ki, "İnter" Snayderə yeni müqavilə təklif etmişdi. Amma yeni müqavilədə maaşının az göstərilməsi ilə futbolçu razılaşmamış, bu səbəbdən də oyunlardan kənarlaşdırılmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31