"Neftçi" müdafiəçisi ilə vidalaşır?
26 Dekabr 2012 13:51 İdman"Neftçi"nin müdafiəçisi Elvin Yunuszadə bu qış komandadan ayrıla bilər. Azerisport.az saytına müsahibəsində futbolçu özü də bunu təsdiqləyib.
Elvinin sözlərinə görə, onun xidmətində "Al Taavon" (Birləşmiş Ərəb Əmirlikləri) klubu maraqlıdır. Qeyd edək ki, bu komandanı "Bakı"nın sabiq baş məşqçisi Qyoko Haciyevski çalışdırır. Elə Elvini də məhz makedoniyalı mütəxəssis öz komandasında görmək istəyir. Mümkündür ki, yanvar ayında Yunuszadə Birləşmiş Ərəb Əmirliklərinə yola düşsün və dərhal da müqavilə bağlasın.
Futbolçu özü "Al Taavon"a keçməkdə maraqlıdır. Lakin klub rəhbərliyinin bu transferə razılıq verib-verməyəcəyi hələ bəlli deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31