Kainatın ən yaxşı idmançılarının adları açıqlandı
25 Dekabr 2012 18:24 İdmanMilli.Az Gazzetta dello Sport-a istinadən xəbər verir ki, bütün zamanların ən yaxşı idmançıları seçilib.Tennis üzrə dünyanın ikinci raket tutanı Roje Federer 14.8% toplayaraq qalib gəlib. 2-ci yerdə isveçrəlidən 2 xal az toplayan Argentina yığmasının və "Barselona" klubunun forvardı Lionel Messi olub. 3-cü yerdə Braziliyanın əfsanəsi, futbol kralı Pele qərarlaşıb. O, 12.2 faiz səs toplayıb. 4-cü yerdə Argentinanın əfsanəsi Diyeqo Armando Maradona 10.8%-lə yer alıb. 5-ci yerdə isə dünyanın dahi boksçusu Moxammad Əli olub . O, 10.6 faiz səs toplayıb.
Sorğu "21 dekabr dünyanın sonu" ilə əlaqədər keçirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31