AFFA məşqçini 12 aylıq futboldan kənarlaşdırdı

AFFA daha bir saxtakarlıq faktının üstünü açıb. Azerisport.az xəbər verir ki, bu dəfə U-16 liqasında "lipa" tapılıb.
 Belə ki, U-16 liqasının "Bakı kəndləri" - "Bakı 008" matçında "Bakı 008"in heyətində Əjdər Muradovun saxta lisenziya ilə iştirak etdiyi aşkar edilib. Futbolçunun iştirak etdiyi bütün oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
Həmçinin "Bakı 008"in məşqçiləri - Baloğlan Qurbanov və Elsevər Sarıyev futbolçuların lisenziyalarını saxtalaşdırdıqları üçün 12 ay müddətinə futbolla bağlı fəaliyyətdən kənarlaşdırılıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31