"Fənərbağça" əliylə verdiyini ayağıyla ala bilmir?

Milli.Az Sports-a istinadən xəbər verir ki, "Fənərbağça" keçmiş futbolçusunu, "Spartak" Moskva klubunun forvardı Emanuel Emenikeni geri qaytarmaq istəyir.
Gazeteport bildirir ki, "Bülbüllər" artıq nigeriyalı forvard ilə danışıqlara başlayıblar.
Lakin tərəflər hələ ki, qiymətdə anlaşa bilmirlər. "Fənərbağça" Emenikeni elə satdığı qiymətə - 10 milyon avroya - almaq istəyir, amma ruslar 15 milyon istəyirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31