"Çelsi"nin müdafiəçisi ən yaxşı futbolçu seçildi

Milli.Az fapl.ru-ya istinadən xəbər verir ki, "Çelsi" klubunun müdafiəçisi Branislav İvanoviç Serbiyada 2012-ci ilin ən yaxşı fubolçusu seçilib.
İvanoviç bu il "təqaüdçülərlə" Çempionlar Liqasını və İngiltərə Kubokunu qazanıb. Branislav ilk dəfə bu mükafatın sahibi olur.
"Bu mükafat mənim üçün çox əhəmiyyətlidir. Nə vaxtsa sizə öz ölkənizdə ən yaxşı ad verilirsə, bu onu göstərir ki, keçmişdə sən nəyəsə layiq olmusan.
Mən xoşbəxtəm. Ailəmə, yığmada və klubda oynadığım yoldaşlarıma təşəkkür edirəm. Onların mənim uğurlarımda böyük köməyi olub.
İndi isə mən bu adı saxlamaq üçün daha məsuliyyətli olacam və çalışacam ki, öz oyunumu daha da yaxşılaşdırım", - İvanoviç dünən keçirilmiş mərasimdə deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31