AFFA problemlərdən çıxış yollarını klubların rəhbərliyi ilə müzakirə edəcək

Dekabrın 25-də, saat 11:00-da, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında baş katib Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Premyer Liqada çıxış edən klubların rəhbərliyi ilə görüşü keçiriləcək.
Trend AFFA-ya istinadən məlumat verir ki, görüşün məqsədi Azərbaycan Premyer Liqasında mövcud vəziyyətin müzakirəsi, problemlərdən çıxış yolları barədə fikir mübadiləsinin aparılmasıdır.

Görüş mətbuat üçün qapalı olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31