Bu il güləşçilərimiz 95 qızıl medal qazanıblar
24 Dekabr 2012 16:35 İdmanCari il ərzində keçirilən rəsmi beynəlxalq yarışlarda, Avropa və Dünya çempionatları, Olimpiya Oyunlarında yığma komandalarımızın üzvləri 71 medal qazanıblar ki, onların 23-ü qızıl, 21-i gümüş və 27-si bürünc əyarlıdır. Bu barədə məlumat "OLAYLAR"-a Azərbaycan Güləş Federasiyasından daxil olub.Məlumatda bildirilib ki, idmançılarımız il ərzində iştirak etdikləri digər beynəlxalq turnirlərdə isə 216 medal - 72 qızıl, 51 gümüş, 93 bürünc medal qazanıblar. Xatırladaq ki 2011-ci ildə komandalarımız iştirak etdikləri rəsmi beynəlxalq yarışlarda 22 qızıl, 12 gümüş, 33 bürünc - toplam 67 medal qazanmışdılar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31