Kocaman "Fənərbağça"ya qayıtdı
24 Dekabr 2012 13:33 İdmanTürkiyə Superliqasının sonuncu turu çərçivəsində "Karabükspor"a məğlubiyyətdən sonra (1:3) tutduğu vəzifədən istefa verdiyini açıqlayan "Fənərbağça"nın baş məşqçisi Aykut Kocaman yenidən komandaya qayıdıb.Qol.Az-ın "Lig TV"yə istinadən verdiyi məlumata görə, ötən gecə klubun prezidenti Əziz Yıldırımla görüşən Kocaman istefa qərarından daşınıb.Kocamanın istefa qərarından daşınmasında Ə.Yıldırım və "Fənərbağça"lı futbolçuların böyük payı olub.
Qeyd edək ki, "Fənərbağça" 17 turdan sonra 27 xalla turnir cədəlinin 4-cü pilləsində qərarlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31