"Ardıcıl üçüncü dəfə qızıl medalları qazanmaqda israrlıyıq"

Bakının "Neftçi" futbol klubunun kapitanı olan Rəşad Sadiqov, bir sıra iddialı açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, kapitan komandasının rəsmi saytına verdiyi açıqlamada bildirib ki, onlar yeni mövsümdə də çempionluq haqda düşünürlər: "Çempionatın son oyunlarında çıxışımız istədiyimizdən zəif alındı. Bəzi oyunlarda xal itkisi ilə üzləşdik. Bununla belə toparlanıb qarşıdakı görüşlərdə maksimum nəticə qazanmağa çalışacağıq. Biz klub prezidenti Sadıq Sadıqova çempionluq sözü vermişik və mövsümün sonunda sözümüz təsdiqini tapacaq. "Neftçi" həmişə yalnız birincilik uğrunda oynayıb. Ardıcıl üçüncü dəfə qızıl medalları qazanmaqda israrlıyıq. Avropa Liqasının qrup mərhələsindəki çıxışımızdan sonra azarkeşlər də bizdən yalnız çempionluq gözləyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31