Abramoviçdən 100 milyonluq səxavət!

İngiltərənin "Çelsi" futbol klubunun sahibi olan Roman Abromoviç, yenə səxavət kisəsinin ağzını açmalı olub. Siasport.az saytı xəbər verir ki, rusiyalı milyarder, qarşıdakı qış transfer pəncərəsi üçün transferlərə 100 milyon funt-sterlinq ayırıb. "Zadəğanların" milyarder sahibi bu dəfə Maruane Fellainiyə ("Everton"), Joao Moutinyoya ("Porto") və Radamel Falkaoya "(Atletiko" Madrid) "elçi" düşüb. İngilis mətbuatı yazır ki, London təmsilçisi Fellaini üçün 20 milyon, Moutinyonun transferi üçün 28,5 milyon funt-sterlinqindən keçməyə hazırdır. "Zadəganlar" Falkaoya isə həftəlik 200 min funt-sterlinq təklif etməyi planlaşdırır. Lakin Madrid klubunun kolumbiyalı futbolçunu satıb-satmayacağı böyük maraq doğurur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31