Ronaldo supermodellə sevgilisinə xəyanət etdi

Kriştiano Ronaldo Madriddə olarkən 3 günü Nikol Minnetti ilə keçirib

"Real"ın portuqaliyalı futbolçusu Kriştiano Ronaldo yenidən sevgilisinə xəyanət edib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Kriştiano Ronaldo Madriddə italiyalı model Nikol Minnetti ilə bir gecə keçirib. Həmin gecə məşhur futbolçunun sevgilisi İrina Şeyk Mayamidə olarkən yaşanıb.
Belə ki, Kriştiano Ronaldo ilə Nikol Minnetti restoranda şam yeməyində görüşüblər. Daha sonra məşhur cütlük əllərində şampan şüşəsi ilə otelə gediblər. Portuqalıyalı hücumçu oteli səhər saatlarında tərk edib. Kriştiano Ronaldo Madriddə olarkən 3 günü Nikol ilə keçirib.
Qeyd edək ki, Nikol Minnetti təkcə supermodel kimi tanınmır. O, vaxtilə İtaliyanın keçmiş baş nazir Silviyo Berluskonun diş həkimi olub. Sonradan onun köməyilə Lambardiya vilayəti parlamentinə üzv seçilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31