Püşk atıldı: “Qalatasaray”ın rəqibi bəlli oldu

Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. Lent.az-ın məlumatına görə, Türkiyə təmsilçisi "Qalatasaray"a Almaniyanın "Şalke" klubu rəqib olub.
Digər cütlərin tərkibi isə belə müəyyənləşib:



"Seltik" (Şotlandiya) - "Yuventus" (İtaliya)

"Arsenal" (İngiltərə) - "Bavariya" (Almaniya)

"Şaxtyor" (Ukrayna) - "Borussiya" (Dortmund, Almaniya)

"Milan" (İtaliya) - "Barselona" (İspaniya)

"Real Madrid" (İspaniya) - "Manşester Yunayted" (İngiltərə)

"Valensiya" (İspaniya) - PSJ (Fransa)

"Portu" (Portuqaliya) - "Malaqa" (İspaniya)



İlk oyunlar 2012-cü ildə 12-13 fevralda, cavab qarşılaşmaları isə 19-20 fevralda keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31