Almaniya Kuboku: "Borussiya" qonağını darmadağın etdi

Futbol üzrə Almaniya Kubokunda 3-cü mərhələnin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bir görüşdən ibarət bu mərhələnin ilk oyun günündə 4 qarşılaşma baş tutub. Səfərdə "Karlsruhe" ilə qarşılaşan "Freiburg" növbəti mərhələyə adlayıb. "Schalke" isə evdə "Mainz"a uduzmaqla azarkeşlərinə böyük şok yaşadıb. "Augsburg"un qonağı olan "Bayern" isə sürprizə imkan verməyib. "Kickers Offenbach" da "Fortuna" üzərində qələbə ilə mərhələ keçib.

Son oyun günündə "Bochum" "Munich 1860" üzərində darmadağınla mərhələ adlayıb. "Wolfsburg" "Bayer"i məğlub yola salıb. "Borussia" (Dortmund) "Hannover"i meydana çıxmağa peşman edib. "Stuttgart" da "Cologne" üzərində qələbə qazanıb.

Almaniya Kuboku
3-cü mərhələ
18 dekabr

Karlsruhe - Freiburg - 0:1
Schalke - Mainz - 1:2
Augsburg - Bayern - 0:2
Kickers Offenbach - Fortuna - 2:0

19 dekabr

Bochum - Munich 1860 - 3:0
Wolfsburg - Bayer - 2:1
Borussia (Dortmund) - Hannover - 5:1
Stuttgart - Cologne - 2:1

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31