İtaliya Kuboku: "İnter" Milan dörddəbir finalda
19 Dekabr 2012 12:21 İdmanFutbol üzrə İtaliya Kubokunda 1/8 final mərhələsinin son oyunları keçirilir.
Azerisport.az xəbər verir ki, bir görüşdən ibarət bu mərhələnin növbəti oyun günündə bir qarşılaşma baş tutub.
"İnter" evdə "Verona"nı qəbul edib. Görüş meydan sahiblərinin aşkar üstünlüyü şəraitində keçib. Nəticədə Milan təmsilçisi inamlı qələbə qazanaraq, növbəti mərhələyə yüksəlib.
İkinci oyun günündə "Lazio" "Siena", "Udinese" "Fiorentina", "Napoli" "Bologna" ilə qarşılaşacaq.
İtaliya Kuboku
1/8 final
18 dekabr
Inter - Verona - 2:0
19 dekabr
18:00. Lazio - Siena
20:30. Udinese - Fiorentina
00:00. Napoli - Bologna
Qeyd edək ki, bu mərhələnin digər oyunları bir müddət öncə keçirilmişdi və "Roma", "Catania", "Juventus", "Milan" 1/4 finala vəsiqə qazanmışdı.