Almaniya Kuboku: "Şalke" azarkeşərinə şok yaşatdı
19 Dekabr 2012 12:20 İdmanFutbol üzrə Almaniya Kubokunda 3-cü mərhələnin oyunları keçirilir.
Azerisport.az xəbər verir ki, bir görüşdən ibarət bu mərhələnin ilk oyun günündə 4 qarşılaşma baş tutub.
Səfərdə "Karlsruhe" ilə qarşılaşan "Freiburg" növbəti mərhələyə adlayıb. "Schalke" isə evdə "Mainz"a uduzmaqla azarkeşlərinə böyük şok yaşadıb. "Augsburg"un qonağı olan "Bayern" isə sürprizə imkan verməyib. "Kickers Offenbach" da "Fortuna" üzərində qələbə ilə mərhələ keçib.
Son oyun günündə "Bochum" "Munich 1860", "Wolfsburg" "Bayer", "Borussia" (Dortmund) "Hannover", "Stuttgart" "Cologne" ilə üz-üzə gələcək.
Almaniya Kuboku
3-cü mərhələ
18 dekabr
Karlsruhe - Freiburg - 0:1
Schalke - Mainz - 1:2
Augsburg - Bayern - 0:2
Kickers Offenbach - Fortuna - 2:0
19 dekabr
22:00. Bochum - Munich 1860
22:00. Wolfsburg - Bayer
23:30. Borussia (Dortmund) - Hannover
23:30. Stuttgart - Cologne