Messinin geyimi satıldı
Hərraca çıxarılan formanı "Lokomotiv"in baş məşqçisi alıb
18 Dekabr 2012 18:48 İdmanDünyanın ən tanınmış futbolçusu Messi futbol geyimini satıb. ANS PRESS-in məlumatına görə, onun köynəyi hərraca çıxarılıb. Xorvatiyada keçirilən hərracda geyimi Moskvanın "Lokomotiv" klubunun məşqçisi Slaven Biliç alıb. Lionel Messinin imzası olan geyimə görə o, 90 min kun (təqribən 10 000 avro) ödəyib.
Xorvatiya yığmasının yarımmüdafiəşisi və Kiyevin "Dinamo"sunun oyunçusu 28 yaşlı Niko Krançar isə öz formasını xeyriyyə hərracında 50 min kuna satıb. "Tottenhem"in eks futbolçusunun formasını Xorvatiya yığmasının üzvü İqor Ştim alıb.
Ümumilikdə hərrac gecəsi yardıma ehtiyacı olan uşaqlar üçün 500 min kun vəsait toplanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31