"Real" Madridin futbolçusu Riberini geridə qoyaraq 1-ci oldu

Fransanın nüfuzlu jurnallarından olan "France Football" 2012-ci ilin ən yaxşı futbolçusunun adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, bu ada "Real"ın fransalı ulduzu Kərim Benzema layiq görülüb. 2-ci yerə Frank Riberi, 3-cü yerə isə Hugo Loris sahib olub.
Qeyd edək ki, Kərim Benzema ötən il də "France Football" jurnalı tərəfindən ilin ən yaxşı futbolçusu seçilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31