Taekvondo üzrə növbəti Ümumrespublika birinciliyi keçiriləcək

Dekabrın 20-23-də taekvondo üzrə gənclər və böyüklər arasında növbəti Ümumrespublika birinciliyi və çempionatı keçiriləcək.
Azərbaycan Taekvondo Federasiyasından Trend-ə verilən məlumata görə, 4 gün nəzərdə tutulan yarış gənclər arasında (oğlanlar) 45, 48, 51, 55, 59, 63, 68, 73, 78, +78 (kq) və (qızlar) 42, 44, 46, 49, 52, 55, 59, 63, 68, +68 (kq) çəki dərəcələrində təşkil ediləcək.
Böyüklər isə (kişilər) 54, 58, 63, 68, 74, 80, 87, +87 (kq) və (qadınlar) 46, 49, 53, 57, 62, 67, 73, +73 (kq) çəki dərəcələrində mübarizə aparacaqlar.

Hər iki turnir "DAEDO International" taekvondo elektron sistemi ilə keçiriləcək.Yarışa respublikanın 70-dən artıq rayon və şəhərindən 600-dək idmançı qatılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31