Azərbaycan Respublikasında 2012-ci ilin “İdman ili” elan edilməsi şərəfinə həsr edilən TÜSİAB IX Mini Futzal Turniri başa çatdı
18 Dekabr 2012 14:14 İdmanDünən Heydər Əliyev adına Bakı Əl Oyunları İdman Sarayında Azərbaycan Türk Sənayeçi və İşadamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) Azərbaycan Futbol Federasiyaları Assosasiyası və Azərbaycan Futzal Federasiyası ilə sıx əməkdaşlığı çərçivəsində Azərbaycan Respublikasında 2012-ci ilin "İdman ili" elan olunması münasibətilə keçirdiyi sayca 9-cu ənənəvi Mini Futzal Turnirinə yekun vuruldu.
Tədbir, Ümummilli Lider Heydər Əliyev və Respublikanın müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilərək iki dövlət himnlərinin səsləndirilməsi ilə başladı.
Turnirdə Azərbaycanda fəaliyyət göstərən və TÜSİAB cəmiyyətinin üzvü 12 şirkətin komandaları mübarizə aparırdılar. AFFA-nın hakimlər briqadası tərəfindən idarə edilən turnirin A qrupunda Estetik Diş, Subhan Trans, Ulduz Şokolad Fabriki, Pelit MMC, HB Güven Klinik və Makro 2000 komandaları, B qrupunda isə Azərsun Holdinq, Sirab, Aral Group/A-Kond, Axa Mbask, Arçelik və Mr.Fix komandaları iştirak edirdilər. Final mərhələsində A qrupunun birincisi Makro 2000 komandası və B qrupunun birincisi Arçelik komandası qarşı-qarşıya gəldilər.
Gərgin mübarizə şəraitində keçən oyun 4:2 hesabı ilə Makro 2000-in xeyrinə başa çatdı və komanda TÜSİAB IX Mini futzal turnirinin qalibi olma haqqını əldə etdi.
Sonda qaliblərə və iştirakçı komandalara TÜSİAB İdarə Heyətinin sədri Murat Bakır, Türkiyə Respublikası İqtisadi İnkişaf Nazirinin müşaviri Raif Kutluk, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı səfiri Sadettin Topukçu, Türkiyə Səfirliyinin Çalışma və Sosyal Təminat müşaviri Mustafa Gür, AFFA beynəlxalq dərəcəli hakim -inspektor Asim Xudiyev və AFF baş katibinin müavini Sərxan Hacıyev tərəfindən kubok və müxtəlif hədiyyələr təqdim edildi.
Makro 2000 komandasınının oyunçularına TÜSİAB 9-cu Mini Futzal Turnirinin birincisi olması münasibəti ilə qalibiyyət kuboku verən Türkiyənin Azərbaycandaki Səfiri cənab Alper Coşkun maraqlı oyun nümayiş ettirdikləri üçün təbrik etdi.