Tahir Süleymanov: ""Neftçi"nin uğurlarına kölgə salan insanlar layiqli cavablarını alacaqlar"

"Neftçi" klubunun vitse-prezidenti Tahir Süleymanov komandalarının Avropa Liqasının qrup mərhələsinə pulla düşməsi barədə son vaxtlar səslənən iddialara münasibət açıqlayıb.

T.Süleymanov Qol.az saytına bildirib ki, bütün bu iddialar "Neftçi"nin Azərbaycan futbolundakı tarixi uğuruna kölgə salmaq məqsədi güdür.

"Biz bütün bu iddialara növbəti dəfə gələn ilin yayında öz oyunumuz və nəticələrimizlə də cavab verəcəyik. Bu gün "Neftçi"nin gənc futbolçularıyla Avropanın bir çox güclü klubu maraqlanır. Eyni zamanda danışıqlar aparılır. Bu uğurlara kölgə salan insanlara belə hərəkət yaraşmaz. Həmçinin onların hərəkətlərini dəstəkləyənlərə də bunu yaraşdırmıram. Nəinki "Neftçi", digər klublarımızın da uğurlarını alqışlamaq lazımdır. Biz gərək günü-gündən birləşək. "Neftçi"nin uğurlarına kölgə salmaq istəyənlər bilsinlər ki, onlar layiqli cavablarını alacaqlar", - deyə T.Süleymanov bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31