Fatih Terim: ""Barsa" ilə Dortmund bizim üçün kabus ola bilər"

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim bu həftə keçiriləcək Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatması ilə bağlı fikirlərini bildirib.

Qol.Az-ın məlumatına görə, "Kanaltürk"ə müsahibəsində o qeyd edib ki, pley-off-da İspaniyanın "Barselona" və Almaniyanın "Borussiya" (Dortmund) klubları onlar üçün arzuolunmaz rəqibdir.

"Bu iki komandadan başqa İspaniya və Almaniyanın istənilən komandası isə bizim üçün münasib rəqib sayıla bilər", - deyə o vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31