Biri Messini dayandırsın
Argentinalı futbolçu bu il vurduğu qolların sayını 90-a çatdırıb
17 Dekabr 2012 14:18 İdmanLionel Messi rekordlara doymaq bilmir. ANS PRESS-in məlumatına görə, futbolçu İspaniya çempionatının 16-cı turu çərçivəsində keçirilən "Atletiko"ya qarşı oyunda dubl edib. "Barselona"nın 4:1 hesabı ilə qalib gəldiyi matçda rəqibin təsəlli qoluna kolumbiyalı futbolçu Radamel Falkao imza atıb.
L. Messi bu dublla bu il ərzində vurduğu qolların sayını 90-a çatdırıb. "Barselona" isə bu qələbə sayəsində "Atletiko" (Madrid) ilə xal fərqini doqquza çatdırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31