Azərbaycan çempionatı keçiriləcək
17 Dekabr 2012 11:51 İdmanDekabrın 18-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı keçiriləcək. Azərbaycan Güləş Federasiyasından "OLAYLAR"-a verilən məlumata görə, dekabrın 21-dək davam edəcək yarışlarda 18 yaşı tamamlamış, 1994-cü il təvəllüdlü və yuxarı yaşlı idmançılar iştirak edə bilərlər. Şəxsi xarakter daşıyan yarışlarda idman cəmiyyətləri, idman klubları, idman təşkilatları, şəhər və rayon yığma komandalarının tərkibinə daxil olan idmançılar mübarizə aparacaq. Şəxsi yarışda çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunacaq, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31