“Atletiko” Madrid mövsümün sonunadək meydana “Land of Fire Azerbaijan” forması ilə çıxacaq

İspaniyanın "Atletiko" (Madrid) futbol klubu mövsümün sonunadək meydana üzərində "Land of Fire Azerbaijan" (Odlar Yurdu Azərbaycan) sözləri yazılmış forma ilə çıxacaq. "Azadinform" xəbər verir ki, bu, "Atletiko" ilə "Bakı" klubu arasındakı əməkdaşlıq çərçivəsində həyata keçirilir. "Atletiko" indiyədək "Real" (Madrid) və "Deportivo" ilə La Liqa, eləcə də "Getafe" ilə kubok görüşlərində artıq bu formanı geyinib.

"Atletiko" qarşıdan gələn "Barcelona" ilə La Liqa oyununa da eyni forma ilə çıxmalıdır. Həmin görüş dekabrın 16-da "Nou Kamp"da keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31