“Zenit” və “Beşiktaş” Qəbələyə gəlir
14 Dekabr 2012 13:33 İdman15 yaşa qədər futbolçular arasında keçiriləcək II Beynəlxalq "Qəbələ Kuboku"na dəvət alan klublardan ikisi turnirə qatılacaqlarını rəsmən təsdiqləyib. Lent.az-ın məlumatına görə, bunlar Rusiya "Zenit"i ilə Türkiyə "Beşiktaş"ıdır.
Onlar 2013-cü il mayın 28-də Qəbələdə start götürəcək yarışda iştirak edəcəklərini bildiriblər. İyunun 2-dək davam edəcək turnirin digər iştirakçılarının adları yaxın müddətdə müəyyənləşəcək.
Qeyd edək ki, ilk turnir bu il mayın 30-dan iyunun 4-dək Qəbələdə "Vilyarreal", "Levante" (hər ikisi İspaniya), "Qalatasaray" (Türkiyə), "Feyenoord" (Hollandiya), "Bröndbü" (Danimarka), Serbiya yığması, eləcə də Azərbaycanın "Qarabağ" və "Qəbələ" klublarının iştirakı ilə baş tutub. Qalib adını "Qalatasaray" qazanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31