Şahmatçılarımız Dünya İntellektual Oyunlarında mübarizə aparacaqlar
14 Dekabr 2012 12:48 İdmanDekabrın 14-də Çinin paytaxtı Pekində Dünya İntellektual Oyunları başlayacaq. Dekabrın 19-dək davam edəcək yarışda dünyanın 16 güclü şahmatçısı arasında Azərbaycan yığmasının lideri Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov da yer alacaqlar.
Qrossmeysterlərimizin rəqibləri Sergey Karyakin, Aleksandr Morozeviç, Aleksandr Qrişuk (hər üçü Rusiya), Hikaru Nakamura, Qata Kamski (hər ikisi ABŞ), Vasili İvançuk (Ukrayna), Veselin Topalov (Bolqarıstan), Peter Leko (Macarıstan), Viorel Boloqan (Moldava), Van Hao, Dinq Liren (hər ikisi Çin), Aniş Qiri (Hollandiya), Levon Aronyan (Ermənistan) və Lauren Frissenet (Fransa) olacaqlar. Qeyd edək ki, zəka sahibləri şahmatın rapid, blits və gözübağlı növlərində qüvvələrini sınayacaqlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31