11 futbolçu həbs olundu
14 Dekabr 2012 12:35 İdmanBolqarıstanda 11 futbolçu qeyri-leqal pul qoyuluşu etdikləri üçün saxlanılıblar. Lent.az-ın məlumatına görə, həbs olunanlardan 6-sı ölkənin yüksək divizionunda yarışan Burqas "Çernomorets"inin formasını geyinir.
Daha 5 oyunçu isə I divizionda yarışan Burqas "Nefteximik"inin üzvləridir. Onların hamısı bolqarıstanlı futbolçulardır.
Polisdən bildirilib ki, araşdırmalara 2 ay əvvəldən başlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31