12-ci il, 12-ci ay, 12-ci gün, 12-ci dəqiqə və 12 nömrəli futbolçu
13 Dekabr 2012 19:47 İdmanİtaliyanın "Yuventus" klubunun futbolçusu Sebastyan Covinko unikal göstəriciyə imza atıb."Azadinform" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sebastyan Covinko "Kalyari" ilə ölkə kuboku oyununda 2012-ci ilin 12-ci ayının 12-ci günündə bir çoxlarının nə iləsə yadda qalmağa çalışdığı bir vaxtda qol vurub. 12 nömrəli futbolçu ikinci hissənin 12-ci dəqiqəsində oyunda yeganə qol olan qələbə topunu vurub. Bununla da bəstəboy forvard "12"ni özü üçün əbəs yerə xoşbəxt rəqəm saymadığını nümayiş etdirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31