Yeni Useyn Bolt "doğulur" VIDEO
13 Dekabr 2012 19:42 İdmanBu il Londonda keçirilmiş Yay Olimpiya Oyunlarında göstərdiyi nəticələrdən sonra yamaykalı Useyn Bolt, gerçəkdən də, dünyanın ən sürətli insanı sayılır. Lakin deyəsən, ona rəqib yetişməkdədir. Milli.Az The Daily Mail-ə istinadən bildirir ki, Avstraliyanın Yeni Cənubi Uels vilayətində keçirilən məktəblərarası yüngül atletika çempionatında 12 yaşlı Ceyms Qallaher 4x100 metrlik estafetdə sensasiyalı nəticə göstərib. Qallaher 100 metrlik məsafəni 11,72 saniyəyə qət edib. Qallaher 1896-cı ildəki ilk Olimpiya Oyunlarına qatılmış olsaydı, çempion olardı. Qallaher ilə artıq Avstraliyanın 4 peşəkar reqbi klubu, habelə ABŞ-ın Ohayo ştatındakı Michael Johnson's Spire Athletics Institute maraqlanmağa başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31