"Xəzər Lənkəran"-"Neftçi" matçı təxirə salına bilər

Buna Lənkəranda yağan güclü yağış səbəb ola bilər

Sabah Azərbaycan Premyer Liqasının 17-ci turunda baş tutacaq "Xəzər Lənkəran" - "Neftçi" qarşılaşması təxirə salına bilər.
Bu haqda Qol.Az-a "Xəzər Lənkəran"ın icraçı direktoru Höccət Hacıyev məlumat verib. O qeyd edib ki, hazırda "böyük oyun"a hazırlıq normal qaydada gedir.

"Amma bu dəqiqə Lənkəranda yağış yağır. Əgər sabah yağış güclənsə, stadionun ot örtüyü futbol üçün əlverişli olmayacaq. Bu halda yəqin ki, görüş təxirə salına bilər" - deyə o bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31