Rusiyada ilin futbolçusu məlum oldu
13 Dekabr 2012 19:13 İdmanFutbol üzrə Rusiya Premyer Liqasında 2012-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib. Lent.az-ın məlumatına görə, "sportbox.ru" saytının klubların baş məşqçiləri arasında apardığı sorğu nəticəsində Rusiya milli komandasının və "Zenit"in futbolçusu Roman Şirokov hamıdan çox xal yığıb.
O, 4 baş məşqçidən 3 xal, 2-dən 2 xal, 1-dən isə 1 xal toplayaraq, üst-üstə 17 xal qazanıb. İkinci yeri "Zenit"in digər futbolçusu İqor Denisovla "Anji"nin hücumçusu Samüel Eto O tutub. Onlar hərəyə 11 xal toplayıblar.
Qeyd edək ki, "Zenit"in baş məşqçisi Luçano Spaletti və onun "Anji"dəki həmkarı Qus Hiddink səsvermədə iştirak etməyiblər. Amma ilk 3 yer məhz onların yetirmələrinə qismət olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31