Mistika? "Yuventus"un futbolçusu hər kəsi şoka saldı
13 Dekabr 2012 14:03 İdmanDünən gecə İtaliya Kubokunun növbəti mərhələsində maraqlı anlar yaşanıb. Milli.Az xəbər verir ki, "Yuventus" - "Kalyari" oyununda cəmi bir qol vurulub. Oyunda yeganə qolu "Yuventus"un gənc hücumçusu Sebastian Covinko vurub. Ancaq oyunun ən maraqlı anı onun tarixi və Covinkonun vurduğu qolun bununla bağlılığıdır.
Belə ki, 12 nömrəli futbolka geyən Covinko mövsümdə 12-ci qolunu, 12 dekabr 2012-ci ildə, ikinci hissənin 12-ci dəqiqəsində vurub.Dərhal bu xəbər bütün sosial şəbəkələrdə yayılıb. Azarkeşlər bu təsadüfü görərkən şoka düşüblər.
Qeyd edək ki, oyun elə bu hesabla da bitib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31