Rekord qalmaqalı: Messini daha biri qabaqlayıb?

Milli.Az Sports-a istinadən xəbər verir ki, "Barselona" klubunun forvardı Lionel Messinin alman forvard Gerd Müllerin rekordunu vurmasına daha bir "şərik" çıxıb.
Braziliyanın "Flamenqo" klubu bəyan edir ki, əslində rekord əfsanəvi forvard Zikoya aiddir. O, 1979-cu ildə 81 oyuna 89 qol vurub. "Flamenqo" klubunun təmsilçiləri FİFA-ya Zikonun qollarını qeyd etmək üçün müraciət edəcək.
Braziliya klubunun tarixçilərinin məlumatına görə, Ziko "Flamenqo" klubunda 81 qol, Braziliya yığmasında 7 və 1 qol dünya yığmasında Argentinaya qarşı oyunda vurub. Forvard 2 ay zədəli olmasına baxmayaraq, "Flamenqo" klubunda 1979-ci ildə 95 oyun oynayıb, 81 qol vurub.
Qeyd edək ki, FİFA-nın versiyasına görə, rekord Messiyə aiddir. Dünənki İspaniya Kral Kuboku oyununda isə Messi "Kordoba"ya 2 qol vuraraq qol hesabını 2012-ci ildə 88-ə çatdırıb.
Zambiya Futbol Federasiyası da bəyan edir ki, ən çox qolu 1972-ci ildə Qodfri Çitalu vurub - 102 qol.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31