Ölkəmiz Avropa Olimpiya Oyunlarında 100 milyon avro qazanacaq
13 Dekabr 2012 11:05 İdmanAvropa Olimpiya Komitəsinin qərarı ilə 2015-ci ildə keçiriləcək I Avropa Olimpiya Oyunlarının təşkilatçılığının Bakıya həvalə edilməsindən dövlət büdcəsinə 100 milyon avro vəsait daxil olacaq". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri gənclər və idman naziri Azad Rəhimov dünyanın məşhur "Eurosport" və Ukraynanın "İnter" telekanallarına müsahibəsində səsləndirib. Nazir bildirib ki, oyunların bütün yayım hüquqlarının satışından əldə edilən gəlir Azərbaycanın qazancı olacaq. Eyni zamanda, brendlər və bilet satışı hüququ da ölkəmizə verilib ki, bu da belə nəticəyə gəlməyə imkan verir. Azad Rəhimov yarışlara qədər Azərbaycanda bir sıra idman qurğularının da inşa olunacağını bildirib: " Bəzi idman növləri üçün müvəqqəti idman qurğuları inşa ediləcək. Bundan başqa, həmin vaxtadək oyunların açılış mərasiminin təşkili üçün 65 min nəfərlik Olimpiya stadionu hazır olacaq. Həmçinin Su idmanı Mərkəzi və Gimnastika Kompleksi də 2015-ci ilədək istifadəyə verilməsi gözlənilir. Əsas məsələ olimpiya kəndinin inşasıdır ki, bunun üçün də mümkün variantlar var.".