Döyüşçümüz erməni rəqibini diz çökdürdü
Boksçumuz Oqanes Baçkovu məğlub edib
12 Dekabr 2012 18:34 İdmanRusiyanın Kalininqrad şəhərində boks üzrə 19-22 yaşlılar arasında Avropa çempionatı davam edir. Bu gün boksçularımızdan ilk olaraq 60 kq çəki dərəcəsində mübarizə aparan Elvin İsayev rinqə çıxıb.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, idmançımız erməni rəqibi Oqanes Baçkovu 17:14 hesabı ilə məğlub edib.
Beləliklə, milli komandamızın üzvü 1\4 finala vəsiqə qazanıb. Axşam saatlarında isə Heybətulla Hacəliyev Almaniyanı təmsil edən Artyom Arutunyanla qarşılaşacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31